Şrift:
Fransa parlamentariləri hökumətə etimadsızlıqda presidentsiz fiaskoya uğrayıblar
05.03.2020 [10:25] - Siyasət
Fransa Milli Assambleyasında hökumətə etimadla bağlı səsvermə cəmi 148 səs toplayaraq ləğv olunub. Hökumətin iflası üçün 289 səs lazım idi. Hökumətə etimadla bağlı səsvermənin nəticəsi parlamentarilərin presidentsiz fiaskosu adlandırılıb.
Parlamentdə məğlubiyyətə baxmayaraq, pensiya qanun layihəsinə etirazçılar küçələrdə mübarizəni davam etdirir. Ölkənin böyük şəhərlərində nümayişlər davam edir.
Milli Assambleyada deputatlar pensiya islahatı ilə bağlı dəyişikliklərə dair 1800 təklifi nəzərdən keçirməlidirlər. Pensiya qanunu layihəsi ilə bağlı debatlar Senatda davam edəcək və sonra yenidən Milli Assambleyaya qayıdacaq. Hökumət qanun layihəsinin yaydan əvvəl qəti qəbul olunmasında israrlıdır.
Qeyd edək ki, parlamentarilər 117 saat müzakirələrdən sonra pensiya qanun layihəsinin yalnız 5 maddəsi qəbul olunub. Milli Assambleyada qanun layihəsinin qəbul edilməsi ilə bağlı yaradılan maneələri aradan qaldırmaq üçün hökumət konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə edərək, qanun layihəsinin mətnini müzakirə edilmədən və səsə qoymadan qəbuluna nail olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed