Şrift:
Güney Azərbaycanda iş yerlərində qəzalarda ölən və xəsarət alanların sayı açıqlanıb
05.03.2020 [10:36] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Doğu Bölgəsi Tibbi Ekspertiza Mərkəzinin rəisi son 10 ay ərzində əyalətdə iş yerində baş verən qəzalarda ölən və xəsarət alan işçilərin sayını açıqlayıb. Əli Səfayifərd bu barədə çərşənbə günü mətbuata məlumat verib.
“Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) birinci 10 ayında əyalət üzrə iş yerində baş verən qəzalarda biri qadın olmaqla 84 işçi həyatını itirib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artım göstərir. Bu müddətdə 1156 nəfər iş yerində baş verən qəzalarda xəsarət aldığı üçün tibbi müəssisələrə müraciət edib, onlardan 28-ci qadın olub.”- deyə o bildirib.
Tibbi Ekspertiza Mərkəzinin rəisi sözlərinin davamında mövzu ilə bağlı ötən ilin statistik məlumatına işarə edib.
“Ötən il ərzində Şərqi Azərbaycan Əyalətində iş yerində baş verən qəzalarda biri qadın olmaqla 73 nəfər həyatını itirib. Həmin müddətdə qəzalarda xəsarət alan işçilərin sayı isə 1306 nəfər olub. Müxtəlif dərəcəli bədən xəsarəti alanların 40-ı qadın olub.”- deyə Əli Səfayirad bildirib.
Qeyd edək ki, İran adlı ölkədə işçilərin sağlamlığı və əmək təhlükəsizliyinin təmin olunmasında dünya üzrə sonuncu ölkələr sırasındadır. Təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il ölkədə çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir. Bundan əvvəl İran İnşaat Fəhlələri Dərnəyinin rəisi bildirmişdir ki, bir ildə 15 min işçinin bədbəxt hadisə ilə üzləşməsi İran üçün rekord vurmaq deməkdir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 126 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed