Şrift:
Koronovirusla bağlı Urmu Mərkəzi Zindanında həyəcan təbili çalındı
05.03.2020 [10:40] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Urmu şəhərinin mərkəzi zindanının məsulları koronavirusa yoluxmuş 7-ci məhbusu xəstəxanaya köçürdükdən sonra həbsxananın səs gücləndirici aparatları ilə problemin təhlükəli həddə çatdığını elan ediblər. Əldə etdiyimiz məlumata görə, martın 4-dək Urmu zindanından 7 məhbus xəstəxanaya köçürülüb. Koronavirusa yoluxan məhbuslardan biri ötən günlərdə həyatını itirib.
Bildirilir ki, Urmu zindanında koronavirusa yoluxan məhbusların sayı olduqca çoxdur, lakin həbsxananın məsulları bu barədə doğru məlumat vermir.
Bundan əvvəl İran adlı ölkənin siyasi məhbusların ailəsi səlahiyyətli orqanlardan koronavirus böhranı aradan qalxanadək məhbusların evə buraxılmasını tələb ediblər.
Ölkəni bürüyən təhlükəli virus problemi bütün məhbuslar, özəlliklə də Güney Azərbaycan Milli Hərəkatının fəalların həyatını ciddi təhlükə ilə üz-üzə qoyub. Müxtəlif mənbələr Böyük Tehran Həbsxanası, Kərəcin Mərkəzi Həbsxanası və Evin zindanında koronavirusun yayıldığını bildirir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed