Şrift:
Təbrizli millət vəkili Tehran rejiminə qarşı od püskürdü
05.03.2020 [10:45] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizin ölkə parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi İran adlı ölkənin televiziyasında idman komandaları arasında yol verilən ayrı-seçkiliklərə reaksiya verib. O bu barədə Teleradiso Şirkətinə Nəzarət Şurasının rəisi Möhseni Ejeiyə məktub ünvanlayıb.
Məktubda Təbrizin “Traxtur” takımının bu haqda olan etirazına işarə olunaraq vurğulanıb ki, Teleradio Şirkətinin bəzi aparıcılarının yanlış işləri hələ də davam edir. Bu məsələ ölkədə milli birliyə ağır zərbə vurur. Xahiş olunur ki, bu istiqamətdə aparıcıların fəaliyyətinə xüsusi nəzarət etməklə bağlı qərar qəbul edəsiniz. Millət vəkilinin məktubu İran mətbuatında geniş yayılıb.
Qeyd edək ki, İran adlı ölkənin televiziyalarında aparıcı və reportyorların “Traxtur” takımı və Güney Azərbaycanın əleyhinə çıxış etməsi yeni hadisə deyil. Ötən günlərdə “Perspolis”lə “Pədidə”nin qarşılaşmasında paytaxt komandasının tərəfdarları qol vurduğu zaman oyunun reportyoru Abbas Qane “Perspolis”i nümayişkaranə şəkildə rekam edib, onu əsil komanda adlandırıb. Bundan əlavə, o “Traxtur” takımı və onun sahibi Məhəmmədrza Zenuzinin ünvanına xoşagəlməz ifadələr işlədib. Bu məsələ “Traxtur” takımının etirazına səbəb olmuşdur. Bu barədə ətraflı məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz: “Traxtur” takımı: Belə davam edərsə, komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcək

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed