Şrift:
Rəştdə “Şirinsu” bulağına qarşı vandalizm
05.03.2020 [10:49] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin Gilan vilayətinin mərkəzi Rəşt şəhərində irqçilər yenidən “Şirinsu” bulağının türkcə lövhəsini sökdülər. Dünən çərşənbə axşamı günü, anti-türk şəxslər Rəşt şəhərində “Şirinsu” bulağı yazılan lövhəni söküb, çəkinmədən filmini sosial şəbəkələrdə yayımladılar.
“Rza Rəsuli” adlı şəxs bu əməlin görüntülərini fəxrlə öz instagram səhifəsində paylaşıb. Məlumata görə, İranın hüquq mühafizə orqanları həmin şəxsin irqçi hərəkəti ilə bağlı heç bir tədbir görməyiblər. O da bəllidir ki, Rəştin türk əhalisinin tarixi məkanlarından olan "Şirinsu" bulağı Talibi küçəsi ilə üzbəüz Atifi küçəsində yerləşir. Bulaq illər öncə Rəştirin türk xeyriyyəçiləri tərəfindən tikilib. Rəşt Bələdiyyəsi və Şəhər Şurasının məsulları “Şirinsu” çeşməsinin tarixi adını yanvar ayında türk düşmənçiliyi səbəbindən və şəhərdən türk izini silmək məqsədilə Şəhər Şurasının "adlarda xarici mənşəli sözlərin istifadəsinin qadağan edilməsi" ilə bağlı qəbul etdiyi qərarı bəhanə edərək, bulağın adını "Ramazan əməliyyatının gilanlı şəhidlərinin xatirəsinə bulaq" olaraq dəyişmişdilər.
Bu irqçi və türk düşmənçiliyi istiqamətində atılmış addım istər Güney Azərbaycan, istərsə də Rəşt türklərinin qəzəbinə və etirazlarına səbəb olmuşdu. Bundan sonra Bələdiyyə məsulları yenidən bulağın üzərində onun tarixi adı həkk olunmuş lövhəni asmağa məcbur olmuşdular.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed