Şrift:
Koronavirus bəhanəsilə rejim Təbrizə qoşun yeritdi
05.03.2020 [10:54] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 41 ildir idarə edən molla rejiminin xüsusi cəza ordusu və terrorçu kimi tannan Sepaha bağlı qüvvələr koronavirusu Çindən Quma bulaşdırılmasından sonra karantinə mane olmaqla bütün şəhərlərə bulaşdıran rejim Təbrizi ordu vasitəsilə dezinfeksiya etməyə hazırlaşdığını bildirib. 25-ci Xüsusi Qüvvələr Briqadasının komandiri briqadir-general Əmir Hüseyn Şəfii bu haqda Şərqi Azərbaycanda fəaliyyət göstərən “Nasr News” internet protalına məlumat verib. O ordunun Təbrizdə şəhər boyunca dezinfeksiya işləri aparmaq üçün yetərli qüvvə və təchizata malik olduğunu vurğulayıb.
“Ordu bütün təchizat və vəsaiti ilə əhalinin xidmətindədir və hərbi iyerarxiyanın göstərişi ilə Təbrizin ümumi məkanlarında geniş dezinfeksiya işlərini aparmağa hazırıq,” deyə briqadir-general Şəfii söyləyib.
Sosial mediada bəzi istifadəçilər İranın koronavirus təhlükəsi fonunda bəzi bölgələrdə hərbi vəziyyətin elan olunması ehtimalını önə çəkirlər. Təbriz millət vəkili və ölkə parlamenti sədrinin birinci müavini Məsud Pezeşkiyan ötən gün höküməti koronavirus təhlükəsi ilə bağlı “qətiyyətli və hərbi qaydada” ölçülər götürməyə çağırıb. Bəzi millət vəkilləri daxil olmaqla, İranın müxtəlif vilayətlərində siyasi və ictimai fəallar İranı koronavirus epidemiyası ilə ciddi şəkildə mücadilə etmədiyi üçün tənqid edirlər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed