Şrift:
Güney Azərbaycanda koronavirusdan ölənlərin sayı 4-ə çatıb
05.03.2020 [11:00] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Doğu Bölgəsində koronovirusdan ölənlərin sayı dörd nəfərə çatıb. Bu haqda Güney Azərbaycanın başkəndi Təbrizin Tibb Universitetinin rektoru məlumat verib. Məhəmməd Hüseyn Sominin dediyinə görə, Güney Azərbaycanın Doğu Bölgəsində 48 nəfərdə koronavirus aşkarlanıb, bunlardan isə, dörd nəfər canını itirib. Somi əlavə edib ki, koronavirus testlərinin cavabları tədricən bəlli olduqca yoluxanların sayının daha artıq olması ehtimal olunur. Onun dediyinə görə, virusa yoluxanların əksəriyyəti hazırda Təbriz xəstəxanalarında müalicə alırlar.
Eyni zamanda Güney Azərbaycanın Xoy bölgəsində də ilk yoluxma halı rəsmi olaraq təsdiqlənib. Xoy Tibb Universitetinin rektoru Fatimə Müqəddəm Təbrizinin dediyinə görə Xoyda koronavirus şübhəsi ilə 11 nəfərdən analiz götürülüb və bunlardan birində yoluxma hali aşkarlanıb. Beləliklə Güney Azərbaycan Batı Bölgəsində 124 nəfər şübhəlidən beş nəfərinin koronavirusa yoluxması təsdiqlənib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed