Şrift:
Sabah hava əsasən yağmursuz olacaq
05.03.2020 [14:06] - Sosial, Bildiriş
Azərbaycanda martın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 12-15°, Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 15-20°, dağlarda gecə 1-6°, gündüz 9-14° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 6-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed