Şrift:
İranda daha bir "ayətullah" koronavirusdan ölüb
05.03.2020 [14:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Ayətullah" Möhsün Həbibi koronavirusdan ölüb.
Yerli media orqanlarında yayılan məlumat görə, o, bir müddət əvvəl xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilibmiş. Lakin həmin xəbərlərdə "ayətullah"ın hansı xəstəlikdən əziyyət çəkdiyi qeyd edilməyib.
Lakin xaricdə fəaliyyət göstərən media qurumları etibarlı mənbələrə istinadən 81 yaşlı Möhsün Həbibinin koronavirusa yoluxduğunu və bu xəstəlikdən öldüyünü bildirirlər.
Möhsün Həbibi bir neçə il idi ki, Müctəhidi dini mədrəsəsinin rəhbəri vəzifəsində çalışırdı.
Son günlər ərzində İranda bir neçə rəsminin koronavirusa yoluxduğu və ya bu xəstəlikdən öldüyü barədə məlumatlar yayılır.
Bu xəbər oxucular tərəfindən 276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed