Şrift:
Bakı Slavyan Universitetində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib
05.03.2020 [15:48] - Sosial
Martın 5-də Bakı Slavyan Universitetində (BSU) Nəsimi Rayon Gigiyena və Epidemiyologiya Mərkəzinin əməkdaşları tərəfindən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər BSU-nun Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33-də yerləşən I tədris binasında və Şamil Əzizbəyov küçəsi, 102-də yerləşən II tədris binasında, eləcə də Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 152-də fəaliyyət göstərən 3 saylı yataqxanasında reallaşdırılıb. Ümumilikdə BSU-da sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrası diqqət mərkəzindədir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 3-dən martın 9-dək ölkəmizin bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Tədris prosesində fasilənin yaranmasına səbəb koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi və görülən işlərin səmərəliliyinin yüksəldilməsidir. Hazırda ölkəmizdə bu istiqamətdə tədbirlər intensiv xarakter alıb.
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed