Şrift:
“Qaraca qız” baleti nümayiş olunacaq
06.03.2020 [07:33] - Mədəniyyət
Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, professor Əşrəf Abbasovun "Qaraca qız" baletinin tamaşası keçiriləcək. Tamaşa bəstəkarın 100 illik yubileyinə həsr olunur.
Tamaşada ‘məkdar artist Cəmilə Kərimova (Qaraca qız), solistlərdən Yuliya Ferştandt (Ağca qız), Timur Oduşev (Pərviz bəy), Liana Mirabdullayeva (Yasəmən), İslam Məmmədov (Yusuf), Faiq Qubatov (Piri baba) və digərləri çıxış edəcəklər.
Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Samir Səmədov, dirijoru A.Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.
Balet həyatda bir çox çətinliklər və ədalətsizliklərlə qarşılaşan balaca Tutunun - Qaraca qızın bədbəxt taleyindən bəhs edir. Üzləşdiyi bütün çətinliklərə baxmayaraq Qaraca qız insanlara olan sonsuz məhəbbətini, sədaqət və xeyirxahlıq kimi hissləri qoruyub saxlayır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 75 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed