Şrift:
Avropa Olimpiya Komitələri gənc atletlər arasından ən yaxşılarını seçəcək
06.03.2020 [07:45] - İdman
Avropa Olimpiya Komitələri (AOK) qış idman növlərini təmsil edən ən yaxşı gənc idmançılar üçün nəzərdə tutulan beşinci Pyotr Nurovski mükafatına müraciətlərin qəbuluna başlayıb. Namizədlərin son siyahısı martın 16-dan sonra elan ediləcək.
Bu il qəbul qaydalarında dəyişiklik olunub. Belə ki, beş idmançının əvəzinə, köhnə qitənin milli Olimpiya komitələrinin nümayəndələri yalnız üç namizəd seçə biləcəklər. Qalan iki qalib isə AOK-un prezidenti Yanes Kosyançiçin də daxil olduğu xüsusi komissiya tərəfindən təyin ediləcək.
Mayın 15-də Slovakiyanın Şamorin şəhərində keçiriləcək AOK-un seminarında səsvermə yolu ilə beş finalçının siyahısı müəyyənləşəcək. Həmin gün yenilənmiş Pyotr Nurovski mükafatının loqotipi ictimaiyyətə təqdim ediləcək.
Keçən mövsüm "yay" mükafatı ukraynalı atlet Yaroslav Maquçixə, "qış" mükafatı isə rusiyalı fiqurlu konkisürmə üzrə idmançı Aleksandra Trusova verilib. Bütün finalçılara yalnız təhsil məqsədləri üçün xərclənə biləcək pul mükafatı verilir. Qalib AOK seminarının qala axşamında elan ediləcək. Mükafat 2011-ci ildə təyyarə qəzasında həlak olmuş Polşa Olimpiya Komitəsinin prezidenti Pyotr Nurovskinin xatirəsinə həmin ildə təsis edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed