Şrift:
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən dərman preparatları aşkarlanıb
06.03.2020 [07:52] - Hadisə
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının “Mercedes-Benz C180” markalı avtomobili saxlanılıb. Daha sonra nəqliyyat vasitəsi rentgen aparatında yoxlamadan keçib. Yoxlama zamanı avtomobilin arxa oturacağının və yük yerindəki örtüklərinin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 2830 ədəd həb, 590 ampul dərman preparatı, 90 ədəd isə dərman preparatları üçün boş qutu və plastik qab aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed