Şrift:
Binəqədidə quyudan bir kiloqramdan çox heroin aşkar edilib
06.03.2020 [07:54] - Hadisə
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində yerləşən körpüdəki quyudan 1 kiloqramdan çox heroin aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, davam etdirilən tədbirlərlə narkotik vasitəni oradan götürməyə gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8800 ABŞ dolları götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed