Şrift:
Meriyanın televiziya xidməti üçün verdiyi məbləğ bir ildə 39 640 lari artıb
06.03.2020 [08:55] - Borçalı
Marneuli meriyası televiziya xidməti üçün ödənəcək məbləği ötən illə müqayisədə 39 640 lari artırıb və bu məbləğ 125 640 lari təşkil edib. Meriyanın elan etdiyi tenderdən məlum olur ki, tenderdə yalnız bir mətbuat vasitəsi “Marneuli Tv” iştirak edib. İndiki mərhələdə isə onun seçilmə/qiymətləndirməsi işləri aparılır. Son bir neçə ildir ki, qeyd olunan tenderdə “Marneuli Tv” rəqibsiz qalib gəlir, ancaq 2019-cu ildə televiziya xidməti ilə bağlı tenderdə Kvemo Kartli televiziyası “Marneuli TV”-yə rəqib olub və meriya onları tenderdən uzaqlaşdırıb. 2019-ci ilin televiziya xidməti ilə müqayisədə 2020-ci ilin tenderi qismən fərqlidir. Məsələn, bu il qalib gələn televiziya sənədli filmlər də hazırlamalı olacaq. Tenderə əsasən qalib gələn televiziya efirdə ictimaiyyətə vacib məlumat daşıyan audio-video bəyanatların gürcü və azərbaycan dilində təqdim olunmasını təmin etməli olacaq. Canlı yayım vasitəsilə mer, yaxud onun müavinləri və ya Bələdiyyə Məclisinin sədri, yaxud onun müavinlərinin hesabatların (meriyadan, yaxud televiziyadan), kəndlərə səfərlərin, fəaliyyətlərin, yeni il və dini bayramların, eləcə də idman və mədəniyyət tədbirlərinin, teatr təqdimatlarının, konsert və ictimaiyyət üçün vacib olan hadisələrin yayımlanmasını təmin etməli olacaqlar.
Bundan əlavə qalib olan təmin etməlidir:
Müqavilə çərçivəsində hazırlanan materialların televiziyanın rəsmi veb-səhifəsinə və sosial şəbəkələrə (“Facebook”) yerləşdirilməsi;
Bələdiyyə tərəfindən planlaşdırılmış vacib tədbirlərin və hadisələrin canlı efir xidməti vasitəsilə işıqlandırılması (“Alıcının” tələbinə uyğun);
Teleşirkətin efirində gedən verilişləri www.myvideo.ge internet portalından izləməyin mümkünlüyü;
Teleşirkətin özünün “Youtube” səhifəsi olmalıdır və teleşirkətin efirində müqavilə çərçivəsində yayımlanan materiallar operativ şəkildə ora yüklənməlidir;
Texniki baxımdan problemsiz telefon bağlantıları – televiziya efiri zamanı, lazım olan hallarda;
Canlı yayımı təmin etmək üçün texniki baxımdan lazımi şəraitlər yaratmaq;
İxtisaslı heyətlə təmin olunma;
Televiziya sənədli filmlərinin hazırlanması, bununla bağlı mövzuların seçilməsi – sinopsis, filmin efirə çıxma vaxtı “alıcı” ilə razılaşılmalıdır;
Video materialların tələb olunduğu halda operativ şəkildə çatdırılmasının təmin edilməsi;
İstirahət günlərində, bələdiyyənin müxtəlif tədbirləri və fəallıqlarının çəkilişi –işıqlandırılması.
Video qeydlər/hazırlanmış materialların 1 (bir) il ərzində arxivləşdirilməsi və lazım olan halda arxivin alıcıya disk və ya başqa bərk yaddaşlı vasitədə və.s çatdırılmasının təmin olunması.
Qeyd etmək lazımdır ki, Marneuli meriyası son illər ərzində televiziya xidməti üçün ödənəcək məbləği əhəmiyyətli dərəcədə artırır. Məsələn, 2018-ci ildə həmin məqsədlər üçün 72 000 larilik, 2019-cu ildə 86 000 larilik, 2020-ci ildə isə 125 640 larilik tender elan olunub, yəni üç il ərzində ümumilikdə 283 640 lari ödənib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 1992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed