Şrift:
İranda koronavirusdan ölənlərin sayı 107 nəfərə çatıb, yoluxanların isə sayı 3 min 513-ə yüksəlib
06.03.2020 [09:30] - Güney Azərbaycan xəbərləri
İranda koronavirusdan ölənlərin sayı 107 nəfərə çatıb, yoluxanların isə sayı 3513-ə yüksəlib.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 5-də jurnalistlərə açıqlama varib.



Virus qurbanlarının yeni statistikanı yayan Cahanpur deyib ki, son bir sutka ərzində virusa yoluxanlardan daha 15-i öz həyatını itirib: “Dünəndən bu günə qədər virusa yoluxanların sayına daha 591 nəfər əlavə edilib. Beləlkilə də bu gün günorta saatlarına qədər ölkədə koronavirusdan ölənlərin sayı 107 nəfərə çatıb, yoluxanların sayı 3 min 513-ə yüksəlib.



Həmçinin bu günə qədər virus daşıyıcısı olmaqda şübhəli bilinən 23 min 327 nəfərdən analiz götürülüb. Hazırda isə virusun ən çox yayıldığı yerlər Tehran, Qum, Gilan və İsfahan əyalətləridir.



Bizdə olan son statistikaya görə, ölkədə hazırda 1352 nəfər Tehranda, 33 nəfər Gilanda, 386 nəfər Qumda, 238 nəfər İsfahanda, 180 nəfər Mərkəzi əyalətdə, 121 nəfər Mazandaranda, 60 nəfər Simnanda, 37 nəfər Gülüstanda, 65 nəfər Şərqi Azərbaycanda, 26 nəfər Ərdəbildə, 10 nəfər Qərbi Azərbaycanda, 16 nəfər Həmədanda, 18 nəfər Kürdüstanda, 22 nəfər Kirmanşahda, 11 nəfər İlamda, 15 nəfər Cənubi Xorasanda, 30 nəfər Loristanda, 63 nəfər Xuzistanda, 68 nəfər Fars əyalətində, 13 nəfər Hormozqanda, 2 nəfər Kohkiluye və Boyer Əhməddə, 3 nəfər Buşehrdə, 15 nəfər Zəncanda, 111 nəfər Qəzvində, 173 nəfər Əlbürzdə, 9 nəfər Çahar Mahal və Bəxtiyaridə, 7 nəfər Yəzddə, 18 nəfər Kirmanda, 19 nəfər Sistan və Bəlucistanda, 89 nəfər Rəzəvi Xorasanda, 3 nəfər isə Şimali Xorasan əyalətində virusa yoluxub” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 107-yə, yoluxanların sayının 3 min 513 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.



Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed