Şrift:
Azərbaycanda nağdsız ödənişlərin həcmi 42% artıb
06.03.2020 [09:46] - İqtisadiyyat
Bu ilin yanvar ayı ərzində Azərbaycanda bank kartları ilə 412 mln. manat həcmində nağdsız ödəniş əməliyyatı həyata keçirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız ödənişlərin həcminin 42%-dək artım deməkdir. 2019-cu ilin dekabr ayı ilə müqayisədə isə nağdsız ödənişlərin həcmində isə 20%-dək azalma müşahidə olunub.
Məlumata əsasən, yanvar ayı ərzində həyata keçirilən nağdsız ödənişlərin 19 mln. manatı ATM, 134 mln. manatı POS-terminallar və 259 mln. manatı elektron ticarət üzərindən həyata keçirilib.
Qeyd edək ki, AMB-nin məlumatına əsasən, 1 fevral 2020-ci il tarixinə cəmi 7 713 min bank kartı dövriyyədə olub. Dövriyyədə olan ödəniş kartlarının 2 707 mini sosial, 2 355 mini əmək haqqı, 829 mini kredit kartlarıdır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed