Şrift:
İranda koronavirusdan ölən rəsmilərin sayı artır. Qumda daha 1 axund virusdan ölüb
06.03.2020 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda İslami Təbliğat Təşkilatının rəsmisi axund Əhməd Xosrəvi koronavirusdan ölüb.



İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, İslami Təbliğat Təşkilatına bağlı “Sədra” İslami Maarif Məktəblər Təşkilatının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri axund Əhməd Xosrəvi koronavirusdan ölüb.



Bildirilir ki, bir neçə gündən bu yana müalicə alan axund, martın 5-də Qumun “Forqani” xəstəxanasında həyatını itirib.



Axundun Qumda və ya Tehranda torpağa basırılacağı barədə hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed