Şrift:
Rusiya və Türkiyə Suriya problemi ilə bağlı birgə sənədi razılaşdırdı
06.03.2020 [10:14] - Xəbərlər, Siyasət
Rusiya və Türkiyə Astana razılaşmasını və terrorçularla mübarizəni davam etdirməlidir.



Bunu dünən Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşün yekununa dair mətbuat konfransında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.



Mətbuat konfransında çıxış edən Vladimir Putin bildirib ki, Rusiya və Türkiyə Suriya probleminin nizamlanması üçün birgə sənədi razılaşdırıb.



Qeyd edək ki, dünən Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Görüşdə Suriyanın İdlib əyalətindəki vəziyyət müzakirə olunub.



Türkiyə Prezidentini görüşdə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Xəzinədarlıq və Maliyyə naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, habelə başqaları müşayiət ediblər.
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed