Şrift:
Həmədan Əyalətində məktəblərin 35 faizində yenidənqurma işlərinə ehtiyac var
06.03.2020 [10:54] - Güney Azərbaycan xəbərləri
Həmədan Əyaləti üzrə Məktəblərin Yenidənqurulması Təşkilatının rəisi əyalətdə məktəb binalarının vəziyyəti haqda danışıb.



Fərzad Teymuri bu barədə Təhsil İdarəsinin yeni projelərinə baş çəkərkən mətbuat nümayəndələrinə məlumat verib.



Son 12 il ərzində əyalət üzrə məktəblərdə görülən təmir-bərpa və yeniqəndurma işlərinə işarə edən F.Teymuri məktəb və dərs otqaları ilə bağlı problemin aradan qalxmadığını bildirib.



Onun sözlərinə görə, əyalət üzrə məktəblərin 65 faizində yenidənqurma və təmir-bərpa işləri aparılıb, lakin hələ də məktəblərin 35 faizində yeniqənqurma işlərinə ehtiyac var.



F.Teymuri əlavə edib ki, təmsil etdiyi təşkilat görülən işlərdə dövlət büdcəsi ilə yanaşı yerli xeyriyyəçilərin maliyyə yardımından da istifadə edib.



Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.
Bu xəbər oxucular tərəfindən 80 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed