Şrift:
Azərbaycanda koronavirusun diaqnostikası DST-nin testləri vasitəsilə aparılır
06.03.2020 [12:34] - Xəbərlər
Koronavirus - COVID-19 yeni bir virusdur. Onun diaqnostik testləri də yenidir. Azərbaycanda koronavirusun diaqnostikası Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən təsdiq olunmuş testlər vasitəsilə aparılır.
Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı keçirdiyi mətbuat konfransında qərargahın üzvü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva məlumat verib. Ölkəyə testlərin növbəti partiyasının gətiriləcəyini söyləyən Y.Qarayeva deyib: “Alınacaq testlər mütləq bütün keyfiyyətlər və standartlar üzrə Dünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olmalıdır. Virusun diaqnostikası yalnız Nazirlər Kabinetinin yanında operativ qərargah və Səhiyyə Nazirliyi tərəfindən təyin olunmuş laboratoriyada aparıla bilər. Çünki orada personal tərəfindən biotəhlükəsizlik qaydalarına mütləq olaraq riayət olunmalıdır”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed