Şrift:
Elizabet Uorren 2020-ci ildə prezidentlik uğrunda mübarizəni dayandırıb
06.03.2020 [12:58] - Siyasət
Senator Elizabet Uorren cümə axşamı prezidentlik uğrunda mübarizəni dayandırdığını elan edib. Beləliklə, Demokratlar Partiyasından prezidentliyə namizədlər kimi, “döyüş meydanında” iki əsas iddiaçı qalıb: keçmiş vitse-prezident Co Bayden və senator Berni Sanders.
Uorren Massaçusetsdə keçirilən tədbirdə çıxış edərək deyib: “Biz öz məqsədimizə nail olmadıq. Lakin sizinlə birgə gördüyümüz işin əhəmiyyəti çox böyükdür”.
Onu da qeyd edək ki, “super çərşənbə axşamı” günündə 14 ştatda keçirilmiş ilkin seçkilərdə Uorren uğur qazanmayıb. O, öz seçkiqabağı kampaniyasını bitirəndən sonra hər hansı namizədi dəstəkləmək niyyətində olduğunu bildirməyib.

DAVAM.AZ
“Vaşinqton Bürosu” (ABŞ)
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed