Şrift:
Suriya və İraqdan qaytarılanların reabilitasiyası ilə bağlı beynəlxalq konfrans keçirilib
06.03.2020 [14:18] - Siyasət
Özbəkistanın başkəndi Daşkənddə və Termezdə “Mərkəzi Asiya dialoqu: Suriya və İraqdan qaytarılanların reabilitasiyası və reinteqrasiyası: Özbəkistanın təcrübəsi” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nazirlik və idarələrinin, vətəndaş cəmiyyətinin nümayəndələri, diplomatlar, xarici ekspertlər iştirak edib. Konfrans çərçivəsində dini-ekstremist və terrorçu təşkilatlarla əlaqəsi olan şəxslərin reinteqrasiyası və reabilitasiyası sahəsində Özbəkistanın siyasəti, Yaxın Şərqdən qaytarılanların reabilitasiyası məsələləri ilə bağlı diskussiyalar aparılıb, Mərkəzi Asiyada və qonşu dövlətlərdə bu insanların əməyindən səmərəli istifadə yolları axtarılıb.
Bildirilib ki, Özbəkistan Prezidentinin təşəbbüsü ilə 2019-cu ildə keçirilən “Mehr-1” və “Mehr-2” humanitar əməliyyatlar nəticəsində Yaxın Şərqin və Əfqanıstanın müharibə zonalarından 261 qadın və uşaq Vətənə qaytarılıb. Bu insanların qısa zamanda reabilitasiya olunması və cəmiyyətə qatılması məqsədilə onlara dövlət səviyyəsində tibbi, psixoloji dəstək verilməsi, maddi və mənəvi kömək göstərilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

DAVAM.AZ
“Daşkənd Bürosu” (Özbəkistan)
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed