Şrift:
Dövlət Miqrasiya Xidmətində ingilis dili tədris edilir
07.03.2020 [09:43] - Sosial
Dövlət Miqrasiya Xidmətinin (DMX) Aparatında və sisteminə daxil olan qurumlarda çalışan işçilərin xarici dil biliklərinin təkmilləşdirilməsi məqsədilə ingilis dili kursu təşkil edilir.
DMX-dən bildiriblər ki, kurs həftədə iki dəfə olmaqla iki ay müddətinə nəzərdə tutulub. İnteraktiv formada keçirilən dərslər mövcud dil bazasının möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, yanvarın 21-dən martın 13-nədək davam edəcək kursda 17 xidmət əməkdaşı iştirak edir.
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed