Şrift:
Türk ordusundan Əsədə AĞIR ZƏRBƏ
07.03.2020 [09:51] - Xəbərlər, Hərb
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərində həyata keçirdiyi "Bahar qalxanı” hərbi əməliyyatları çərçivəsində son 24 saat ərzində Dəməşq rejiminin 21 əsgəri zərərsizləşdirilib.



Bu barədə Türkiyə Müdafiə Nazirliyi informasiya yayıb.



Bildirilib ki, 5 martda türk ordusunun bir əsgərinin şəhid olmasından sonra Silahlı Pilotsuz Uçuş Aparatları ilə yerli vaxtla 16:00 radələrində genişmiqyaslı hücumlar təşkil olunub və nəticədə, rejimin 2 topu, 2 raketatıcısı və 21 əsgəri məhv edilib.



Rusiya-Türkiyə arasında İdlib məsələsində razılıq əldə edilmədən əvvəl baş verən hücumun rejimə cavab zərbəsi olduğu qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed