Şrift:
Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 9-a çatıb
07.03.2020 [09:57] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan əyalətlərində koronavirus böhranı gün keçdikcə dərinləşir.



Şənbə günü səhər saatlarında yayılan məlumata görə, Şərqi Azərbaycan Əyalətində koronavirusdan ölənlərin sayı 9-a çatıb.



Bu barədə Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Səhənd telekanalına məlumat verib.

“Koronavirusdan ölənlərin sayına daha bir nəfər əlavə olunub. Şərqi Azərbaycan Əyalətində bu günədək dəqiq olaraq 9 nəfər koronavirusdan ölüb, 87 nəfər isə bu təhlükəli virusa yoluxub.”- deyə o bildirib.



Universitet rəisi əyalətdə koronavirusun yayıldığı gündən virusa yoluxmuş 33 nəfərin sağalaraq xəstəxanadan evə buraxıldığını da diqqətə çatdırıb.



Məhəmməd Hüseyn Somi artıq virusun əyalətin bütün şəhərlərinə yayıldığını bildirib. O böhrandan qurtulmaq üçün əhalini önləyici tədbirlər almağa və verilən tövsiyyələrə əməl etməyə çağırıb.



Qeyd edək ki, qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir. Lakin rejim bu barədə doğru məlumat vermir.
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed