Şrift:
Amerikanın Xarici İşlər naziri Mark Pompeo bu gün Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırdı.
07.03.2020 [10:14] - Xəbərlər, Siyasət
Amerikanın Xarici İşlər naziri Mark Pompeo bu gün Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırdı. Karona virusu ilə mübarizə, İran, Əfqanıstan və Türkiyənin Suriyada apardığı əməliyyatlar mətbuat konfransının əsas mövzusu oldu. Onun acıqlamalarında ən cəlbedici məqam isə Türkiyə barədə dedikləri idi. Amerikanın Dölət katibi açıq şəkildə söylədi ki, Nato müttəfiqi olan Türkiyə özünü qorumaq üçün bütün haqlara sahibdir. Pompeo, Rusya, Əsəd rejimi və İranın, hazırladığı hücumlarda, İdlibdəki yüz minlərlə mülki insanın zərər gördüyünü dedi.Onun nitqində əsas vurğusu isə Türkiyə oldu.O, rəsmi Ankaranı 2018-ci ildə Rusiya ilə imzaladığı Soçi razılaşmasından geri çəkilməyə cağırdı və Suriyada atəşkəs elan etməyi məsləhət gördü. Türkiyənin də Amerikadan bəzi tələbləri olub.

"Türk höküməti bizdən bəzi tələblər edib.Bu dəqiqiə bütün istəklərini öyrənirk. Müdafiə nazirliyi komandası ilə bərabər bütün tələbləri araşdırır. Bölgədə daha az şiddət daha çox sülh əldə etmək üçün bu böyük humanitar böhranının ,dayandırılmasının ən yaxşı yolunu araşdırırıq. NATO ortağımız Türkiyənin,Əsed rejimi, Ruslar və İranlılar tərəfindən Suriyadkı risklərə qarşı özünü müdafiə haqqına sahib olduğuna inanırıq "

Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Kelly Craft və Birləşmiş Ştatların Suriyə üzrə xüsusi təmsilcisi James Jeffrinin Türkiyədəki təmaslarını xatırladan Pompeo, dedi ki, səfirlər Craft və Jeffrey, bu dəqiqə İdlibdə və Türkiyənin güney bölgələrindəki humanitar böhranı azaltmaq üçün yollar axtarır.Onlar bu mövzuda Amerika və Avropa mənbələrini bir araya gətirməyin yollarını araşdırır. Amerikanın Dövlət Katibi İran mövzusunda da jurnalistlərin suallarına cavab verdi. Beynəlxalq atom enerjisi üzrə agentliyinin İranla bağlı hesabatına toxunan Pompeyonun dediklərini eşidək.

"Keçən həftə atom enerjisi üzrə agentlik İran nüvə proqramı və nüvə fəaliyyətinə dair hesabat açıqladı. Onlar bildirdi ki, İran nüvə materiallarına sahibdir və onlar danışıqlarda nüvə fəaliyyətinə dair məlumatları gizlədirlər. İran İslam rejimnin məlumatlarını gizlətməsi onların Atom Enerji təşkilatı ilə olan razılaşmasını pozur. Rejim dərhal Atom Enerjisi üzrə beynəlxalq təşkilatla əməkdaşlığa başlamalıdır. "

Pompeyo rəsmi Tehrana xitabən dedi ki, İran Atom enerjisi üzrə beynəlxalq təşkilatın bütün tələblərinə uyğun addımlar atmalıdır. Onun sözlərinə görə, İran barəsindəki son hesabat çox qorxuncdur. Pompeyo İranın nüvə fəaliyyəti ilə bağlı məlumatlarını gizlətməsini Ukraynaya məxsus sərnisin təyyarəsini vurması ilə də bənzətdi.
Bu xəbər oxucular tərəfindən 77 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed