Şrift:
Meşginşəhrdə koronavirusa yoluxanların sayının sürətlə artması böyük nigaranlığa səbəb olur
07.03.2020 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Meşhinşəhr (Xiyav) Şəhər İcra Hakimiyyətinin başçısı təmsil etdiyi şəhərdə koronavirusa yoluxanların sayının sürətlə artmasından nigaranlığını bildirib.



Bu barədə Əkbər Səmədi cümə günü bir neçə rəsmi orqanın rəhbərliyi ilə keçirilən iclasda çıxış edib.

“Hal-hazırda 50 nəfərdən çox Vəliəsr xəstəxanasına yerləşdirilib. Bundan əlavə, Meşginşəhrdə koronavirusa yoluxanlardan 3-ü artıq həyatını itirib. Bu şəhərdə virusa yoluxanların sayının sürətlə artması xüsusi nigaranlığa səbəb olur.”- deyə o bildirib.



Əkbər Səmədi vurğulayıb ki, vəziyyət belə davam edərsə, yaxın günlərdə virusa yoluxan xəstələrin müalicə edilməsi üçün hotel, məktəb və idman stadionlarından xəstəxana kimi istifadə oluna bilər. Bu heç də gözlənilməz deyil.



Şəhər İcra Hakimiyyətinin başçısı böhrandan çıxmaq üçün ticarət mərkəzlərinin şənbə və bazar günü bağlanacaqlarını bildirərək şəhər əhalisini virusa yoluxmamaq üçün önləyici tədbirlər almağa və verilən tövsiyyələrə əməl etməyə çağırıb.



Qeyd edək ki, Ərdəbil Əyalətinin mərkəzi bölgəsində yerləşən Meşginşəhr əyalətin 2-ci böyük şəhəri sayılır. Meşginşəhr əyalətin mərkəzi şəhəri olan Ərdəbilin 90 kilometrliyində yerləşir.
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed