Şrift:
“Baku open” beynəlxalq karate turnirində üçüncü günün yarışları start götürüb
07.03.2020 [11:30] - Xəbərlər, İdman
Bakıda Boks İdman Mərkəzində XI “Baku open” beynəlxalq karate turnirində üçüncü günün yarışları keçirilir.
Martın 7-də 14-15 yaşlı yeniyetmələr mübarizəyə başlayıblar. Martın 8-də isə 6-13 yaşadək uşaqlar mübarizəyə qoşulacaqlar.

Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycan ilə yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir. Yarışa martın 8-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed