Şrift:
Beynəlxalq Qadınlar Günündə ölkə ərazisində hava əsasən yağmursuz olacaq
07.03.2020 [11:58] - Xəbərlər, Bildiriş
Azərbaycanda martın 8-nə - Beynəlxalq Qadınlar Gününə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 10-15° isti, Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 771 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 1-5°, gündüz 10-15° isti olacaq.
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed