Şrift:
“Sepah”ın daha 1 iranlı muzdlusu Suriyada həlak olub
07.03.2020 [11:59] - Güney Azərbaycan xəbərləri
“Sepah” terror təşkilatının “Qüds” briqadasının daha 1 iranlı muzdlusu Fərhad Dəbiriyan Suriyada gedən döyüşlərdə həlak olub.



Yayılan məlumatlara əsasən, Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya ezam edilən və bu ölkənin Zeynəbiyyə bələdiyyəsinin məsulu və Tədmər şəhərinin keçmiş komandanı olan Fərhad Dəbiriyan, martın 6-sı axşam saatlarında Suriyanın Zeynəbiyyə məntəqəsində baş verən döyüşlərdə həlak olub.



“Sepah” muzdlusunun meyitinin ölkəyə gətirilib-gətirilmədiyi haqda hər hansı bir məlumat yayılmayıb.



Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biridir. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə baş verən qarşıdurmalarda həlak olub. Ölənlərin isə əksəriyyətini İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed