Şrift:
İran məscidlərində camaat namazı ləğv edilib
07.03.2020 [18:10] - Gündəm, Sosial
İranın bütün məscidlərində camaat namazı qeyri-müəyyən vaxta qədər ləğv edilib.



Bu barədə qərarı İranın Məscid İşləri Mərkəzi koronavirusun daha da geniş yayılmasının qarşısını almaq üçün qəbul edib.



Mərkəz öz bəyanatında mollalardan məscidlərdə hər cür və hər bir münasibətlə baş tutan toplantıların qarşısını almağı tələb edib.



Son rəsmi statistikaya əsasən, İranda koronavirusdan ölənlərin sayı 145-ə, yoluxanların sayı isə 5823 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed