Şrift:
Pakistanda leysan yağışları 17 nəfərin həyatına son qoyub
08.03.2020 [11:48] - Gündəm, Hadisə
Pakistanın Xayber-Paxtunxva əyalətində bir neçə gün davam edən leysan yağışları 17 insanın həyatına son qoyub, 37 nəfər yaralanıb.

Ölənlərin 14-ü uşaq, 3-ü qadındır. Bildirilir ki, əyalətin Çarsadda və Mardan dairələrinə ciddi ziyan dəyib.
Belə ki, leysan yağışları və güclü külək 50 evi tam və ya qismən dağıdıb. Bu dairələrə ərzaq, dərman və digər vasitələr göndərilib.
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed