Şrift:
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ən böyük hesablı qələbəsi qeydə alınıb
09.03.2020 [10:09] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019-2020-ci il mövsümünün rekordu qeydə alınıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, “Qəbələ” ən böyük hesablı ev qələbəsinin müəllifi olub. Bu, XX turun “Sumqayıt”la görüşünə təsadüf edib. 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqi ilə qələbə qazanan ilk komanda olub.
Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilmiş XVIII turun oyununda “Zirə”nin qapısından 4 top keçirib.

Ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.

“Neftçi” isə Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb. Premyer Liqanın XX turunda “Sabah”la ev oyununda 4:0 hesabı ilə qalib gələn “ağ-qaralar” mövsümdə 10-cu, ölkə çempionatları tarixində 450-ci dəfə azarkeşlərini sevindirib.

“Neftçi” bu göstəricidə mütləq rekordçudur. 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının daimi iştirakçısı olan paytaxt klubu qələbə sayında bütün komandaları qabaqlayır.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed