Şrift:
Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının beşinci turunun oyunları keçiriləcək
09.03.2020 [10:12] - Gündəm, İdman
Bu gün qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının beşinci turunun oyunları keçiriləcək.
Növbəti turda turnir cədvəlinin lideri Gövhər Beydullayeva Türkan Məmmədyarova, digər şahmatçılar Xanım Balacayeva Mələk İsmayıl, Zeynəb Məmmədyarova Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva Səbinə Rzalı, Xəyalə Abdulla Ayan Allahverdiyeva ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən turların nəticəsinə görə, 3,5 xal toplayan G. Beydullayeva turnir cədvəlinə liderlik edir. X.Balacayeva, G.Məmmədova liderdən 0,5, Z.Məmmədyarova isə 1 xal geri qalırlar.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed