Şrift:
“İran Air”in Avropaya bütün uçuşları ləğv edilib
09.03.2020 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İran aviasiya şirkəti “İran Air” martın 8-də bəyanat yayıb.



Bəyanatda bildirilir ki, uçuşların növbəti xəbərdarlığa qədər təxirə salınmasının səbəbi, Avropa tərəfinin “naməlum səbəbə görə” qoyduğu məhdudiyyətlərlə bağlıdır.



Şirkətin yaydığı bəyanatda məhdudiyyətlərin konkret hansısa ölkələr və ya Avropa İttifaqı tərəfindən qoyulduğu açıqlanmayıb.



Bundan əvvəl İsveç hökuməti bəyanat yayaraq, İranda koronavirusun geniş yayıldığını nəzərə alaraq, “İran Air”in bu ölkəyə uçuşlarını ləğv etməsindən xəbər vermişdi.



Martın 7-də isə Avstriya hökuməti bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu ölkədən İrana birbaşa uçuşları dayandırmaq qərarına gəlib.


Bu xəbər oxucular tərəfindən 282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed