Şrift:
Valyuta bazarlarında yapon yeninin məzənnəsi artıb
09.03.2020 [10:34] - Xəbərlər, İqtisadiyyat
Yapon milli valyutası yenin ABŞ dollarına nisbətən məzənnəsi 2016-cı ilin noyabrından bəri ən yüksək həddə çatıb.

Martın 9-da səhər saatlarında bir ABŞ dolları 101 yendən bir qədər yuxarı təklif edilib.

Mütəxəssislərin qənaətinə görə, yeni koronovirusun yayılması təhlükəsi investorları ABŞ dollarını satmağa sövq edir.
Bununla yanaşı, Tokio Fond Birjasında “Nikkei” indeksi hərracların bəzi anlarında 20 minlik həddən aşağı düşüb. Hərraclar başlayan kimi bu səhmlərin kütləvi şəkildə satışı ilə bağlı sifarişlər daxil olmağa başlayıb. Son 14 ayda 225 aparıcı şirkətin səhmlərini əks etdirən “Nikkei” indeksi ilk dəfə 20 minlik bəndə düşüb.

Bazar mənbələrinin bildirdiyinə görə, getdikcə daha çox investor yeni koronovirusun yayılmasının dünya iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərəcəyindən narahatlığını ifadə edir.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed