Şrift:
İraq hökuməti İranla 5 sərhəd keçid məntəqəsini bağlayıb
09.03.2020 [12:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İraq hökuməti İranla 5 sərhəd-keçid məntəqəsini bağlayıb.



Bu barədə İranın “İsna” agentliyi martın 8-də İraqın “Alsumaria News” saytının yaydığı xəbərə istinadən məlumat yayıb.



Məlumatda bildirilir ki, İraq Sərhəd Keçid-Məntəqələri Heyəti dünən bəyanat yayaraq, İraqla İran arasında olan “Şələmçə”, “Şib”, “Zərbatiyə”, “Mənzəriyə” və “Məndəli” sərhəd-keçid məntəqələrinin bağlanmasından xəbər verib.



İraq hökuməti bildirib ki, İranda koronavirusun yayılmasının qarşısını almaq üçün həmin məntəqələr martın 8-dən başlayaraq bir həftə müddətinə (martın 15-ə qədər) bağlı olacaq və həmin müddətdə iki ölkə arasındakı bütün gediş-gəlişələr dayandırılacaq.



İraq Sərhəd Keçid-Məntəqələri Heyəti-nin yaydığı bəyanatda həmçinin bildirilir ki, İrana səfər etmiş İraq vətəndaşlarının sözügedən 5 məntəqədən ölkəyə girişinə qadağa qoyulub və iraqlılar yalnız Bağdad və ya Bəsrə hava limanından ölkəyə buraxılacaqlar.
Bu xəbər oxucular tərəfindən 114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed