Şrift:
İranlı deputat Ruhanini Mazandaranda fövqəladə vəziyyət elan etməyə çağırıb
09.03.2020 [13:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Milli Məclisinin Mazandarandan seçilmiş deputatlarından biri Əli Məhəmməd Şairi prezident Həsən Ruhaniya açıq məktub ünvanlayıb.



O, Mazandaran əyalətində koronavirusun kəskin yayıldığını, buna görə də insan tələfatının hər an artdığını bildirib. Millət vəkili prezidentdən əyalətin fövqəladə vəziyyət elan edilərək, tamamilə karantinə alınmasını istəyib.



İran Səhiyyə Nazirliyinin dünənə qədər olan statistikasına əsasən, Mazandaran əyalətində koronavirusa yoluxanların sayı 620 nəfərdir. Bu isə Tehran əyalətindən sonra ən yüksək göstərici hesab edilir.
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed