Şrift:
Gürcüstanda nazir müavini koronavirusa görə özünü cəmiyyətdən təcrid edib
10.03.2020 [10:10] - Gündəm, Sosial
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini Gennadi Arveladze koronavirusa görə özünü cəmiyyətdən təcrid edib.

Nazir müavini bu barədə özünün facebook səhifəsində yazıb.

G.Arveladze bildirib ki, Gürcüstanda koronavirusa yoluxmuş şəxslərlə görüşüb və bundan sonra özünü təcrid barədə qərar qəbul edib.
Onun özlərinə görə, sağlamlıq vəziyyəti hələlik yaxşıdır, onun qan analizlərinin cavabı və gələcək durumu barədə cəmiyyətə mütəmadi xəbər veriləcək.

Qeyd edək ki, Gürcüstanda 15 nəfər COVID-19 virusuna yoluxmuş şəxs var. Daha 140-dan çox insan karantin nəzarətində, 51 nəfər isə statsionar müalicə alır.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed