Şrift:
İranda Fereydunkenar “Sepah”ının komandanı koronavirusdan ölüb
10.03.2020 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Mazandaran əyalətinin Fereydunkenar şəhərinin “Sepah” komandanı polkovnik Abdulla Cəfərzadə koronavirusdan ölüb.

Yayılan məlumatlara əsasən, Abdulla Cəfərzadə martın 9-da Sari şəhərinin “Vilayət” xəstəxanasında keçinib.

İranın “İsna” agentliyi yerli “Sepah” komandanının ürəyində yaranmış nasazlıq səbəbi ilə öldüyünü iddia etsə də, Mazandaran əyalətinin xəstəxanalarındakı mənbələr onun koronavirusdan öldüyünü bildiriblər.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 9-da yaydığı bəyanatda son statiskaya görə ölkədə virusdan ölənlərin sayının 237-nəfərə, yoluxanların sayının isə 7161 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən dəhşətli faciənin miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed