Şrift:
M2 magistralının Gəncə-Gürcüstan sərhədi hissəsi 4 zolağa genişləndirilir
10.03.2020 [11:09] - Gündəm, İqtisadiyyat
Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən M2 magistralının Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72,5 santimetr, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 santimetr təşkil edəcək. Hazırda yolboyu yeni torpaq yatağının tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işləri də görülür.

Layihə çərçivəsində 27 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 71 yeraltı keçid, 45 düzbucaqlı su keçidi, 539 suötürücü boru inşa edilir. Zəruri yerlərdə 85 avtobus dayanacağı quraşdırılacaq. Artıq suötürücü keçid və boruların inşası 38 faiz, yeraltı keçidlər üzrə 36 faiz, yolötürücü, qovşaq və körpülər üzrə isə 37 faiz işlər yerinən yetirilib. Eyni zamanda, tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.

Yol iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə, Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed