Şrift:
Koronavirusla əlaqədar Özbəkistanda bütün beynəlxalq idman tədbirləri təxirə salınıb
10.03.2020 [12:23] - Gündəm, Türk dünyası-Turan
Koronavirus təhlükəsi ilə əlaqədar Özbəkistanda bütün beynəlxalq idman tədbirləri təxirə salınıb.

Özbəkistanın Bədən Tərbiyəsi və İdman Nazirliyi xəbər verir ki, milli komandaların xaricdə keçirilən yarışlara qatılması da həmin ölkələrdəki vəziyyətdən asılı olacaq. Başqa sözlə, Özbəkistan koronavirusun tüğyan etdiyi ölkələrdə keçirilən yarışlara qatılmayacaq. Ölkədaxili bütün yarışlar isə Səhiyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra keçiriləcək.

Xatırladaq ki, Daşkənddə keçirilməli olan ağır atletika üzrə Asiya çempionatı da qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed