Şrift:
Qabaqlayıcı profilaktik tədbirlər görülür
10.03.2020 [12:26] - Gündəm, Sağlıq
Muxtar respublikanın Şərur rayonunda qabaqlayıcı profilaktik tədbirlər məqsədilə dezinfeksiya işləri davam etdirilir.

Bir həftədən çoxdur Şərur rayonunda əhalinin sıx olduğu yerlərdə, ümumtəhsil məktəblərində, bağça və səhiyyə ocaqlarında, vağzallarda dezinfeksiya işləri həyata keçirilir. Rayon gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları Şərur Olimpiya İdman Kompleksində də dezinfeksiya işləri aparıblar. Kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu, foyelər, mehmanxana, yataq və digər yerlər dərmanlanıb.

Şərur Fizika-Riyaziyyat Təmayüllü Liseyin sinif otaqları, yeməkxana və yataqxanasında, həmçinin foyelərdə dezinfeksiya işləri aparılmaqla qabaqlayıcı profilaktik tədbirlər görülüb.
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed