Şrift:
Xamneyi koronavirus qorxusundan illik çıxışını ləğv edib
10.03.2020 [12:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın "dini lider"i Əli Xamneyi koronavirus təhlükəsinə görə hicri təqvimlə yeni il çıxışını ləğv edib.



Bu barədə onun ofisi məlumat yayaraq, hər il Məşhəddə keçirilən çıxışın bu il xəstəlik səbəbindən keçirilməyəcəyini bəyan edib.



"Qərar tibb mütəxəssisləri və rəsmilərinin koronavirusun yayılmasının qarşısını almaq istiqamətində izdihamlı yerlərdə iştirak və digər bölgələrə səfər etməkdən çəkinməklə bağlı etdikləri tövsiyələri nəzərə alınaraq qəbul edilib", - deyə bəyanatda vurğulanır.



Qeyd etmək lazımdır ki, son günlər İranda çoxlu sayda rəsminin sözügedən epidemiyaya yoluxduğu və ya ondan öldüyü barədə məlumatlar yayılır.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed