Şrift:
İranlı deputat: Biz koronavirusun ölkədə yayılmasını gec bəyan etdik, bir çox məsələlərdə xalqa yalan danışdıq"
10.03.2020 [12:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Milli Məclisinin Tehrandan seçilmiş deputatı Əlirza Heydəri koronavirusun ölkədə yayılması ilə bağlı məlumatı ölkə ictimaiyyətinə gec çatdırdıqlarını etiraf edib.



O bildirib ki, bəziləri Qumda koronavirusun qarşısını almaq üçün ilkin günlərdən məhdudiyyətlər qəbul edilməsinə məneə törədərək, epidemiyanın yerində neytrallaşdırılmasının qarşısını aldılar və bununla da xəstəlik kontroldan çıxdı.



"Koronavirusla bağlı reallıqlar xalqdan gizlədilərək, gec elan edildi. Bu isə xalqın dövlətə etimadsızlığını daha da artırdı. Ümumiyyətlə, biz bəzi hadisələrdə xalqa yalan danışmışıq", - deyə Əlirza Heydəri əlavə edib.



Deputat Qum mollalarının şəhərdə koronavirusla bağlı məhdudiyyətlər qəbul edilməsinə qarşı sərt müqavimət göstərmələrinə diqqət çəkərək, onların epidemiyanın ölkədə bu qədər geniş yayılmasında məsuliyyət daşıdıqlarını deyib. O, həmçinin Məhkəmə Sistemindən həmin şəxslərə qarşı intizam tədbirləri görməsini istəyib.



Xatırladaq ki, İranda koronavirus ilkin olaraq Qum şəhərindən yayılmağa başlamışdı. Xalq dövlətdən şəhəri karantinə almağı tələb etsə də, rəsmilər buna məhəl qoymamışdılar.
Bu xəbər oxucular tərəfindən 90 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed