Şrift:
Tehranda bütün şadlıq evləri bağlanıb
10.03.2020 [15:44] - Güney Azərbaycan xəbərləri
Tehranın bütün şadlıq sarayları koronavirus səbəbindən bağlanıb.



İran Mədəniyyət Sarayları Birliyinin rəhbəri Xosrov İbrahiminiyanın məlumatına görə həmin saraylarda keçirilməsi planlaşdırılan bütün tədbirlər də ləğv edilib.



O, həmin tədbirlərin ya insanların özü tərəfindən, ya da şadlıq evlərinin rəhbərləri tərəfindən ləğv edildiyini bildirib. Rəsmi bu səbəbdən vətəndaşların ödədikləri pulların geri qaytarılması istiqamətində şadlıq sarayı sahiblərinin çətinlik çəkdiklərini qeyd edib.


Xosrov İbrahiminiyanın dediklərinə əsasən, bəzi şadlıq sarayları fəaliyyətlərini dayandıraraq, işçilərini tətilə buraxılıb.



İranın yaydığı son statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayı 7200 nəfər, xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 237 nəfərdir. Lakin qeyri-rəsmi mənbələr, eləcə də bəzi deputatlar bu rəqəmlərin dəfələrlə yüksək olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed