Şrift:
Türkiyədə ilk koronavirusa yoluxma faktı qeydə alınıb
11.03.2020 [09:15] - Gündəm, Sağlıq
Türkiyədə ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir koronavirus şübhəsi olan ölkə vətəndaşının analiz cavablarının müsbət olduğunu və onun virusa Avropada yoluxduğunu söyləyib.
F.Koca hazırda xəstənin vəziyyətinin qənaətbəxş olduğunu, onun ailə üzvlərinin də nəzarət altında saxlanıldığını deyib.

Bildirilib ki, ölkədə koronavirusun yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür.
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed