Şrift:
Yaponiya hökuməti yeni koronavirusa qarşı mübarizə ilə əlaqədar tədbirlərin ikinci paketini bəyənib
11.03.2020 [09:27] - Gündəm, Sağlıq
Yaponiya hökuməti yeni koronavirusa qarşı mübarizə ilə əlaqədar tədbirlərin ikinci paketini bəyənib.

Martın 10-da keçirilən iclas zamanı qəbul edilən tədbirlər paketi koronovirusun yayılmasının qarşısının alınması üçün ümumilikdə 430 milyard yen (4 milyard dollar) əlavə vəsaitin ayrılmasını nəzərdə tutur.

Buraya ilk növbədə məktəblər bağlandıqdan sonra uşaqlara baxmaq üçün işdən qalan valideynlərə maliyyə yardımı daxildir. Subsidiyaların yeni paketi itirilmiş gəlirin əvəz olunması üçün valideynlərə kompensasiyaların ödənməsini nəzərdə tutur.

Bəyənilmiş tədbirlərə, həmçinin yeni koronovirusla əlaqədar satışın həcminin azalmasına görə kiçik biznesə sıfır faizlə və girov qoyulmadan xüsusi kreditlərin verilməsi də daxildir.
İclasda çıxış edən Baş nazir Şinzo Abe təşkilatçılardan daha 10 gün müddətinə insanların kütləvi şəkildə toplaşdığı müxtəlif tədbirləri təxirə salmağı xahiş edib.

Baş nazir, həmçinin yeni koronovirusun daha çox yayıldığı İtaliyanın şimalından və digər ölkələrdən gələn əcnəbilərin Yaponiyaya gəlişinin qadağan edilməsinin məqsədəuyğun olduğunu da deyib.

Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada 1277 nəfər “COVID-19” koronavirusuna yoluxub. Artıq 19 nəfər həmin virusla əlaqədar dünyasını dəyişib. Daha 56 nəfərin vəziyyətinin çox ağır olduğu bildirilir. Bu günədək ümumilikdə 346 nəfərin sağalaraq xəstəxanaları tərk edib.
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed