Şrift:
Türkiyə şirkəti Özbəkistan iqtisadiyyatına iki milyard dollar məbləğində sərmayə qoyacaq
11.03.2020 [09:31] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin “Renessas Holdinq” mühəndislik və tikinti şirkəti Özbəkistan iqtisadiyyatına 2 milyard dollar həcmində sərmayə qoyacaq.

“Renessas Holdinq” Daşkənd, Səmərqənd və Fərqanə şəhərlərində müasir çoxprofilli klinikalar tikəcək. Tibb müəssisələri hazır olduqdan sonra Türkiyə tərəfi bu klinikaların idarə olunmasında yaxından iştirak edəcək. Bu klinikalarda yüksək ixtisaslı tibb kadrlar da hazırlanacaq.

Bundan başqa, şirkət Daşkənd şəhərinin metallurgiya müəssisələrinin bazasında ildə 60 milyon ton məhsul istehsal edən iki müasir mis-mədən fabriki tikməyi də öhdəsinə götürüb.
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed